Azərbaycanlı köçkünlərin vəziyyəti Britaniyanın yeni parlament üzvlərinin diqqətinə çatdırıldı
Bizi izləyin

Nida Xəbər

Azərbaycanlı köçkünlərin vəziyyəti Britaniyanın yeni parlament üzvlərinin diqqətinə çatdırıldı

Böyük Britaniyada keçirilmiş parlament seçkilərindən sonra Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə Azərbaycanın bir milyona yaxın məcburi köçkün və qaçqınlarının acınacaqlı vəziyyəti barədə məlumatı özündə əks etdirən açıqca parlamentin yeni 650 üzvünün hər birinə göndərilib.

Publika.az xəbər verir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsin nəticəsində öz dogma yurdundan məcburi köçkün və qaçqın düşmüş azərbaycanlılara həsr olunmuş açıqcada 10 yaşlı Nəzrin Xanlarovanın fotoşəkli yer alıb. O, Pirşağa qəsəbəsindəki Qızılqum məcburi köçkün düşərgəsində anadan olub və onun ailəsi əslən Xocalıdandır. TEAS-ın dəstəyi ilə həyata keçirilən, məşhur alman fotoqrafı Filip Ratmerin “Evə aparan beş yol” (Five Roads Back Home) foto layihəsində azərbaycanlı məcburi köçkünlərin portretləri yer alıb. Bu təsirli və emosional fotoşəkillərdə köçkünlərin üz şəkilləri qara fonda yaxın rakursdan çəkilib.

Açıqcada bütün azərbaycanlı məcburi köçkün və qaçqınların yeganə və ən böyük arzusu öz dogma evlərinə geri qayıtmaq istəyi ifadə edilir.

“Xoş arzularla” (Many Happy Returns) kampaniyası haqqında ətraflı öyrənmək üçün www.manyhappyreturnsIDP.com səhifəsinə keçin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm