Ordumuz 23 min hərbçinin iştirakı ilə təlimlərə başlayır
Bizi izləyin

Nida Xəbər

Ordumuz 23 min hərbçinin iştirakı ilə təlimlərə başlayır

Təlimlər iyunun 24-dək davam edəcək.

Azərbaycan Ordusu bu gündən genişmiqyaslı əməliyyat-taktiki təlimlərə başlayır.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyun ayının 19-dan döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Təlimlər iyunun 24-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm