Nida Xəbər
Rusiyadan Qarabağda MÜHARİBƏ ANONSU: döyüşlər qaçılmazdır və bu yay...
Düşmən təxribatı nəticəsində cəbhədə vəziyyət qaynar
olaraq qalır. Erməni hərbi birləşmələrinin təxribat hücumu
nəticəsində ordumuz bir şəhid verdi. Cavab atəşi isə Ermənistan
üçün ağır itkilərə gətirib çıxartdı. 6 erməni hərbçi məhv edildi,
bununla yanaşı, ağır yaralı olan əsgərlər var, hansı ki, onlar
İrəvan hospitallarına köçürülüb.
Publika.az xəbər verir ki, bütün bunlar Qarabağda
yeni müharibənin başlaması risklərindən xəbər verir.
Rusiyalı jurnalist Mixail Belyayev hesab edir ki,
2017-ci ilin yayı Dağlıq Qarabağda çox “isti” olacaq.
Onun sözlərinə görə, cəbhədə baş verənlər və müxtəlif beynəlxalq
ekpertlərin proqnozları da bunu deməyə əsas verir.
Belyayev hesab edir ki, cəbhədə baş verənlərin xronologiyası
Azərbaycanın sərt cavab verdiyini göstərir: “Azərbaycanın müdafiə
naziri Zakir Həsənov xəbərdarlıq etmişdi ki, “bir şəhidimizin
əvəzini düşmən çoxsaylı itkilərlə ödəyəcək”. Erməni
separatçılarının təxribatı ilə Azərbaycan bir şəhid verdi, əvəzində
erməni hərbi birləşmələri çoxsaylı itkilərlə üzləşdi”.
Rusiyalı jurnalistə görə, cəbhədə baş verənlər ilk növbədə
Ermənistan hakimiyyəti üçün başağırısına çevriləcək.
Onun fikrincə, ötən ilin aprel uğursuzluğundan çıxa bilməyən
Ermənistanın itkiləri getdikcə daha da çoxalır.
“Sarkisyan Ohanyanı istefaya göndərdi və Viqen Sarkisyanı müdafiə
naziri təyin etdi. Viqen müəyyən səylərə əl atır, lakin statistika
göstərir ki, erməni ordusunda vəziyyət acınacaqlıdır. Misal üçün,
bu ilin başlanğıcından indiyə kimi erməni hərbi birləşmələri 30
hərbi qulluqçusunu (onların arasında polkovnik, mayor, kapitan
rütbəli zabitlər də var) itirib. Bu rəsmi məlumatdır, lakin real
statistikanın gizlədildiyi də məlumdur. Bununla yanaşı,
Azərbaycanın ağır zərbələri nəticəsində Ermənistan bir sıra vacib
hərbi texnikasını itirib”, - deyə o bildirib.
Belyayev Qarabağda yeni müharibə riskinin qaldığını da diqqətə
çatdırıb.
Rusiyalı hərbi ekspert Aleksandr Xramçik isə
Qarabağda müharibənin zəruri olduğuna əmindir.
Onun sözlərinə görə, tərəflər faktiki olaraq müharibəyə
hazırlaşır və bu, gec-tez baş verəcək.
“Hələlik genişmiqyaslı müharibə yoxdur, lakin toqquşmalar davam
edəcək. Mən müharibədən başqa heç bir variant görmürəm”, - deyə o
bildirib.
Asif
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü