• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

BMqT: Azərbaycandakı məcburi köçkünlər də miqrant sayılırlar

BMqT: Azərbaycandakı məcburi köçkünlər də miqrant sayılırlar

Azərbaycandakı məcburi köçkünlər də yalnız BMT-nin Miqrasiya Təşkilatının (BMqT) tərəfindən deyil, bütün beynəlxalq qurumlar tərəfindən miqrant sayılırlar.

Bunu jurnalistlərə BMT-nin Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktopark jurnalistlərə deyib.

Dünyada təqribən 250 milyon nəfər beynəlxalq, 750 milyon daxili miqrantın olduğunu açıqlayan S.Aktoparkın sözlərinə görə, ölkələr inkişaf etdikcə ölkələrə gələn miqrantların sayı və miqrantların aid olduğu ölkələrin çeşidliliyi artır:

"Azərbaycan da inkişaf etdikcə - hamımız şahidiyik ki, inkişaf edir - Azərbaycana da çoxlu ölkələrdən miqrantlar gələcəklər. Biz miqrantların gəlməsindən qorxmalı deyilik. Birincisi, Dövlət Miqrasiya Xidməti bunlara hazırdır. İkincisi də, miqrantlar özləri ilə yeni, bölüşülə biləcək ideyalar, təcrübələr gətirirlər. Beləliklə də, həm professional sahədə, həm də mənşə ölkələri ilə Azərbaycan arasında mədəni əlaqələrin daha da güclənməsinə töhfə verirlər. Bu da müsbət haldır". (trend)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>