Nida Xəbər
Azərbaycanlılar üçün darıxan ermənilərdən İNANILMAZ SÖZLƏR - İrəvandan REPORTAJ
Rusiyanın “Şimal həqiqəti” (Pravda Severa) qəzetinin
əməkdaşı Aleksey Morozov Ermənistana səfər edərək, bu ölkədən
reportaj hazırlayıb.
Publika.az xəbər verir ki, reportajda diqqət çəkən məqam
ermənilərin Dağlıq Qarabağ münaqişəsindən yorulduqları və
azərbaycanlılarla keçmişdə olan yaxşı münasibətlər üçün darıxdığı
haqda dedikləridir.
A.Morozovu Gümrüdən İrəvana aparan Vano adlı qoca erməni
yoxsulluqdan şikayətlənir.
“Biz yoxsul yaşayırıq, iş yoxdur, əhalinin çoxu çörək dalınca
Rusiyaya gedir. Bütün günah Dağlıq Qarabağ münaqişəsindədir. Bu
münaqişəyə çoxlu pul gedir və bizim uşaqlarımız müharibədə məhv
olurlar. Mən SSRİ vaxtı hərbi xidməti Azərbaycanda keçmişəm. Onlar
çox qonaqpərvər və sevimlidirlər. Bizə daim süfrələrini açıblar.
Bizim keçmişdə çox yaxşı münasibətlərimiz var idi. Kim bilərdi ki,
belə olacaq”, - deyə o, Qarabağın işğalından sonra başlanan hərbi
qarşıdurmadan təəssüflənir.
Müəllif Ermənistanda əhalinin acınacaqlı vəziyyətdə yaşadığını
yazır.
Onun sözlərinə görə, İrəvanın bəzi küçələri müasir və rəngarəng
görünür, lakin şəhər ətrafına, eləcə də respublikanın digər
bölgələrinə getdikcə boz və yoxsul həyat qarşımıza çıxır: “Sevan
(Göyçə) gölünə baş çəkəndən sonra sürücü məni kiçik bir şəhərciyə
gətirdi. Yol boyu cır-cındır geyimli insanlar, xəfif küləyin
təsirindən uçacaq qədər tör-töküntü olan daxmalar, acınacaqlı həyat
qarşımıza çıxdı. Xalq şikayət edir və keçmişi xatırlayırlar. Onlar
SSRİ-də yaşadıqları gözəl günlərə qayıtmaq istəyirlər və qəti
şəkildə müharibənin əleyhinədirlər”.
A.Morozov qeyd edir ki, Ermənistanda kişilər ailələrini saxlamaq
üçün hər cür işə əl atırlar.
“Taksi sürücüsü, ayaqqabı təmizləmək, pinəçi və s. Ailədə yaşamaq
üçün qadınlar da işləməyə məcburdur. Burada kazinolar, restoranlar,
klublar da var. Lakin oraya yalnız varlılar gedir, onların da sayı
çox azdır. Hər kəs varlıları adı ilə tanıyır”, - deyə o
vurğulayıb.
Asif
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...