• USD 1,7022 0,00% EUR 1,8999 -0,08%
    • GBP 2,1620 +0,24% RUB 0,0285 +0,70%

Ermənistan Azərbaycan torpaqlarını “İkinci Əfqanıstan”a çevirir - QORXUNC FAKTLAR

Ermənistan Azərbaycan torpaqlarını “İkinci Əfqanıstan”a çevirir - QORXUNC FAKTLAR

“Siyasi-iqtisadi çöküşə uğrayan Ermənistan hakimiyyəti ölkənin iqtisadi vəziyyətini düzəltmək üçün narkoticarəti genişləndirir, həmçinin, terrorçulara verilən dəstəkdən əldə etdiyi pullara bel bağlayır”.

Publik.az
xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.



Onun sözlərinə görə, Ermənistan hakimiyyəti işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən narkotik plantasiyası olaraq istifadə edir: “Ermənistan tərəfindən işğal edilən Qarabağ bütün dünya üçün ciddi bir təhlükə bölgəsinə çevrilib. Çünki bu gün nəzarətsiz olan Qarabağ terror qruplarının təlim düşərgəsi və ticarət məkanı rolunu oynayır. Qarabağdan bütün dünyaya “ağ ölüm” təhlükəsinin yayıldığı həqiqəti inkar edilə bilməz. Bütün dünya yaxın zamanda Ermənistanın narkotik ixracatçısı olduğunu qəbul edəcək. Ermənistan bölgədə terrorçu, cinayətkar, narkotik və silah ticarəti həyata keçirən ölkə olaraq fəaliyyət göstərir”.

G.Gülbey Azərbaycan, Türkiyə və İran xüsusi xidmət orqanlarının apardığı araşdırmalara istinadən qeyd edib ki, narkotik və silah ticarəti aparan tacirlər ən təhlükəsiz yol olaraq, Ermənistanı və işğal altındakı Dağlıq Qarabağı seçirlər.

“Narkotrafik Əfqanıstan, İran, Qarabağ, Ermənistan və Rusiyadır. Birbaşa Ermənistan rəhbərliyi bu narkoticarəti himayə edir. Azərbaycan bunu dəfələrlə açıqlasa da, beynəlxalq ictimaiyyət heç bir reaksiya verməyib. Çünki dünyada ikili standartlar əsas rol oynayır”, - deyə o bildirib.

ASİMDER rəhbəri Dağlıq Qarabağın bu gün bölgədə “ikinci Əfqanıstan” rolunu oynadığına diqqət çəkib.

“Wikileaks” saytı də yazırdı ki, nəzarətsiz qalan Dağlıq Qarabağ ərazisində aparılan narkoticarətdə Ermənistan hökumətinin, siyasi liderlərinin və keçmiş prezidenti Robert Koçaryanın da payı var. Hər il oradan daşınan narkotikdən əldə edilən gəlirin bir hissəsi Koçaryana verilir. Bununla yanaşı, İrandan Avropaya daşınan narkotikin böyük hissəsi də məhz Qarabağdan və Ermənistandan aparılır. Sayt qeyd edirdi ki, hazırkı prezident Serj Sarkisyanın qardaşı İrandan və Qarabağdan gətirilən narkotik maddələri Rusiya bazarlarına çıxarır, oradan isə erməni lobbisi vasitəsilə Avropaya daşınır.

Asif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR