Nida Xəbər
Putinin adamı Qarabağ danışıqlarının GİZLİ TƏRƏFİNİ AÇDI: İrəvan masadan qaçdı, indi...
“Qarabağda aprel döyüşlərinin yenidən təkrarlanması
ehtimalı var. Hərbi təlimlərin keçirilməsinə də bu kontekstdən baxa
bilərik”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin
səlahiyyətli nümayəndəsi, Rusiya İctimai palatasının üzvü, Siyasi
Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.
Onun sözlərinə görə, ötən il “Kazan düsturu” üzrə əldə olunan
razılaşmalar pozulub: “Xatırladım ki, “Kazan düsturu” Qarabağ
ətrafındakı rayonların Azərbaycana qaytarılmasını, əvəzində
Ermənistanın blokadadan çıxarılmasını, regionda ATƏT-in nəzarəti
ilə silahsızlaşdırma prosesinin başlanmasını nəzərdə tuturdu. Bir
il öncə tərəflər bütün bunlar haqqında demək olar ki, razılaşdılar,
lakin sonradan danışıqlar təxirə salındı”.
S.Markov qeyd edib ki, danışıqların ləğv olunması yeni müharibənin
real təhlükəsini yaradır: “Hər iki tərəf buna hazırlaşır.
Azərbaycan göstərmək istəyir ki, ordusu kifayət qədər güclüdür və
sülh danışıqlarında irəliləyiş olmasa, problemi hərbi yolla həll
edəcək. Ermənistan da status-kvonu saxlamaq üçün müharibəyə hazır
olduğunu göstərmək istəyir”.
Lakin rusiyalı politoloq müharibənin yayda başlanması ehtimalının
az olduğunu deyib.
“Turizm mövsümü başlayır, bu baxımdan, toqquşmaların yayda
başlayacağı ağlasığmaz görünür. Lakin payızda aktiv toqquşmaların
olması ehtimalı yüksəkdir”, - deyə o bildirib.
S.Markov beynəlxalq vasitəçilərin münaqişənin həlli istiqamətində
fəal işləməyi dayandırdığına diqqət çəkib. Qeyd edib ki, danışıqlar
prosesindən heç bir xəbər yoxdur: “Bu baxımdan düşünürəm ki, yeni
müharibə başlayarsa, ATƏT-in Minsk qrupu bunu dayandıra
bilməyəcək”.
Asif
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək