Nida Xəbər
İrəvanın qorxduğu Qarabağ planı İŞƏ DÜŞDÜ: Tramp geri addım atdı, Putin isə Bakı ilə...
ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi
zonasında yaranmış gərginlikdən narahatlığını dilə gətirdi.
Bəyanatda bildirilir ki, sülh danışıqlarının alternativi yoxdur və
münaqişənin nizama salınması Helsinki Yekun Aktı çərçivəsində ola
bilər: güc tətbiq etməmək, ərazi bütövlüyünün toxunulmazlığı və öz
müqəddəratını təyin etmə.
Dövət Departamentinin bu bəyanatı sıradan sözlərdir. Amerika
həmsədr ölkəsi olaraq, gərginliyin azalması haqda çağırış edir və
bu çağırış birinci deyil və güman ki, münaqişə həll olunmadıqca,
sonuncu da olmayacaq. Lakin Dövlət Departlamentinin bu bəyanatı
Ermənistanda narahatlıq yaradıb. Səbəbi isə maraqlıdır.
Publika.az xəbər verir ki, erməni siyasi şərhçi
Musa Mikaelyan bu bəyanat fonunda ABŞ və Çin arasında aparılan
danışıqları xatırladıb. İlk baxışdan sual yaranır: Vaşinqton-Pekin
danışıqları ilə Qarabağda yaranan gərginliyin nə əlaqəsi?
Erməni siyasi şərhçi yazır ki, ABŞ və Çin Şimali Koreyanın nüvə
proqramı üzrə danışıqlar aparır: “Bu, onu göstərir ki, Tramp
Administrasiyası üçün hazırda əsas prioritet Şimali Koreyadır.
Hətta Vaşinqton bildirir ki, ehtiyac olacaqsa, hərbi müdaxilə
yolunu da seçəcək. Çinlə aparılan danışıqların məqsədi də odur ki,
Pekin hərbi müdaxilənin olmaması üçün təsir rıçaqlarından istifadə
edərək, Pxenyanı fikrindən daşındırsın. Bu, o deməkdir ki, ABŞ üçün
Dağlıq Qarabağ problemi prioritet deyil. Deməli, məsələ Rusiyanın
təsiri altında qalacaq”.
M.Mikaelyan hesab edir ki, Rusiya Qarabağ məsələsində təsir gücünü
saxladıqca, proseslər Ermənistanın əleyhinə işləyir.
“Bunun acı nəticəsi ilə qarşılaşmışıq. Rusiya Bakı-Moskva
əməkdaşlığına Ermənistanın maraqlarından daha çox üstünlük verir”,
- deyə o bildirib.
Asif
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR