Ermənistanda azərbaycanlı əsirlərin başına gətirilən DƏHŞƏTLƏR - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Ermənistanda azərbaycanlı əsirlərin başına gətirilən DƏHŞƏTLƏR - FOTOLAR

“Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı edilməsindən indiyə qədər ən çox müzakirə edilən məsələlərdən biri də müharibə vaxtı itkin düşən 4 min azərbaycanlının taleyidir. Bu rəqəm rəsmi qurumlar tərəfindən təsdiq olunub. Ermənistan tərəfi bunu nə qədər təkzib etsə də, bu həqiqətdir”.

Publika.az
xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

G.Gülbey azərbaycanlı əsirlərin Ermənistanda mədənlərdə işlədildiyi faktını yenidən gündəmə gətirib.

“Qonşu ölkələrdən birinin vətəndaşları işğal altında Qarabağa səyahət edərkən, əsirlərin uzun müddət ərzində saxlanıldığı Zod kəndi yaxınlığındakı əraziyə gəliblər. Həmin vaxt ordakı mədənlərdə işləyən, ac, səfil vəziyyətdəki insanları görüblər. Dəmir tellərlə bağlı olan bölgədə işləyənlərin kim olduğunu öyrənəndə isə heyrətə düşüblər. Onları gəzdirən erməni Zod altındakı mədənlərdə, eləcə də digər mədənlərdə işləyənlərin azərbaycanlı əsirlər olduğunu deyib. Keçmiş dövrdə Gürcüstana turist kimi gələn bəzi ermənilər də azərbaycanlı əsirlərin ağır işlərdə işlədildiyini dəfələrlə bildiriblər”, - deyə o qeyd edib.

G.Gülbey hesab edir ki, bu faktlar məsələni araşdırmaq və beynəlxalq ictimaiyyətin qarşısına çıxarmaq üçün yetərlidir: “ATƏT-in Minsk qrupu bu məsələ haqda nə düşünür, bu günə qədər bol maaş almaqdan, lazımsız toplantılar keçirməkdən başqa hansı işləri görüblər? Beynəlxalq Amnistiya Təşkilatı, İnsan Haqlarını Müşahidə Təşkilatı, İşgəncələrə qarşı beynəlxalq təşkilatlar o bölgədə araşdırmaların aparılması üçün hansı addımı atıblar?!”.

ASİMDER rəhbəri azərbaycanlı əsirlərlə bağlı məsələsini araşdıracaqlarını və davamlı şəkildə gündəmdə saxlayacaqlarını açıqlayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm