Nida Xəbər
Azərbaycan və Rusiya gömrükçüləri arasında müzakirə
Dərbənd şəhərində sərhədyanı gömrük buraxılış məntəqələrində yaranan problemlərin operativ həll edilməsi üçün məlumat mübadiləsinin aparılması və qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması üzrə tədbirlərin hazırlanması məqsədilə Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında işçi görüş keçirilib.
Publika.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, görüşdə Rusiya Federal Gömrük Xidmətinin Dağıstan Gömrüyüynün, "Rusiya Dəmir Yolları" ASC-nin, Azərbaycan Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin və "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndələri iştirak ediblər.
İşçi görüş zamanı gömrük-sərhəd buraxılış məntəqələrindən meyvə-tərəvəz məhsullarının mövsümi daşımaları, yay tətili mövsümü və bayram günlərində nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılmasına dair müzakirələr aparılıb.
Görüşdə, həmçinin 3 iyul 2015-ci il tarixli "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol"un müddəalarının icrasının gedişatı və dəmiryolu nəqliyyatı ilə daşınan mal və nəqliyyat vasitələri barədə ilkin məlumatların mübadiləsinə dair müzakirələr də keçirilib.
Bununla yanaşı, meyvə-tərəvəz məhsulları üzrə Azərbaycan istehsalatçı-ixracatçıları tərəfindən müvafiq markalanma qaydalarına düzgün riayət edilməsinin zəruriliyi və müəyyən növ mallara münasibətdə gömrük orqanlarına təqdim edilən manifestlərin müvafiq qaydada tərtib edilməsinin əhəmiyyəti vurğulanıb.
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi