Nida Xəbər
Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri Aşqabadda görüşəcək
Bu ilin sonuna qədər Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin üçtərəfli görüşü olacaq.
Bunu Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun görüşündən əvvəl üç ölkənin energetika və xarici işlər nazirlərinin görüşləri baş tutacaq. Nazirlər dövlət başçılarının sammitində müzakirə olunacaq sənədləri və digər məsələləri geniş formada nəzərdən keçirəcəklər.
Xatırladaq ki, üç ölkə liderinin iştirak edəcəyi zirvə toplantısının 2016-cı oktyabrında keçirilməsi nəzərdə tutulurdu, lakin sonradan bu görüş ləğv olunub. Daha sonra görüşün Türkiyədə keçirilməsi gözlənilirdi, amma ötən ilin iyul ayında bu ölkədə dövlət çevrilişi cəhdi səbəbindən təxirə salınıb.(report)
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular