Sarkisyan prezidentlərin görüşü haqda: “İlkin razılıq var”
Bizi izləyin

Nida Xəbər

Sarkisyan prezidentlərin görüşü haqda: “İlkin razılıq var”

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqda ilkin razılıq bir neçə həftə əvvəl ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı əldə olunub.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan “Ermənistan” telekanalının “R-Təkamül” proqramına müsahibəsində deyib.

O, görüşə qarşı olmadıqlarını, görüşlə bağlı ilkin razılığın olduğunu vurğulayıb.

“Prezidentlər səviyyəsində görüşə ciddi hazırlıq aparılır. Görüş payızda ola bilər”, - deyə o bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qeyd edək ki, Rusiyanın “İzvestia” nəşri diplomatik mənbələrə istinadən xəbər yayıb ki, prezidentlərin görüşü Moskvanın təşkilatçılığı ilə bu ilin sonlarına qədər keçiriləcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm