• USD 1,7012 0,00% EUR 1,9783 0,00%
    • GBP 2,2065 0,00% RUB 0,0289 0,00%

"Azərbaycanla Türkiyə bir-birinə qardaş bağları ilə bağlıdır" - Aydın Əliyev

"Azərbaycanla Türkiyə bir-birinə qardaş bağları ilə bağlıdır" - Aydın Əliyev

Bu gün Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Türkiyənin Bakıdakı səfirliyində türkiyəli və azərbaycanlı iş adamları ilə görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşdə iştirak edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Türkiyə-Azərbaycan münasibətlərindən danışıb.

A.Əliyev bildirib ki, Azərbaycanla Türkiyənin münasibətləri təkcə siyasi və iqtisadi əlaqələrlə yox, qardaş bağları ilə bağlıdır: “İki ölkə arasında münasibətlər hər bir sahədə, o cümlədən gömrük sahəsində günbəgün yaxşılaşır”.

Komitə sədri əlavə edib ki, Azərbaycanın gömrük sahəsində qanunvericiliklə bağlı ciddi təkmilləşdirmə işləri aparılır və bunun hesabına Azərbaycan investisiya baxımından olduqca əlverişli məkana çevrilib: “Gömrük sahəsində tətbiq etdiyimiz elektron sənəd mübadiləsi, “Yaşıl”, “Sarı”, “Qırmızı” dəhlizlərin tətbiqi, gömrük rüsumlarından azadolmalar və sair də buna aiddir”.

A.Əliyev Türkiyə məhsullarının idxalı zamanı yaranan bəzi problemlərə də toxunub və türkiyəli iş adamlarını qaydalardan kənara çıxmamağa dəvət edib.

Komitə sədri məhşur şirkətləri Azərbaycanada investisiya qoymağa dəvət edib.

Görüşdə türkiyəli və azərbaycanılı sahibkarların problemləri dinlənilib, müzakirələr aparılıb.

Asif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR