Elmar Məmmədyarov İƏT Baş katibinin köməkçisi ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov İƏT Baş katibinin köməkçisi ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin Fələstin və Əl-Qüds məsələləri üzrə köməkçisi Samir Bakr və İƏT-in BMT yanında Daimi nümayəndəsi Akşin Mehdiyevi qəbul edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Samir Bakr Bakıda BMT və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Yerusəlim məsələsi üzrə Beynəlxalq Konfrans”ın işini yüksək qiymətləndirib və ev sahibliyinə görə Azərbaycan tərəfinə təşəkkür edib.

E.Məmmədyarov 2017-ci ilin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "İslam Həmrəyliyi ili" elan edildiyini və Azərbaycanın İƏT-lə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verdiyini qeyd edərək, İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın irəlilədilməsində İƏT-in əvəzsiz platforma olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin, donor ölkə kimi Azərbaycanın İƏT-ə üzv olan ölkələrdə fəaliyyəti və təşkilatın işinə verdiyi töhfələr təqdir edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm