Nida Xəbər
Soçi görüşünün nəticəsi və Ermənilərin növbəti pozulan məkrli planı - ŞƏRH
İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin Soçidə görüşdü. Görüş əvvəlcədən planlaşdırılmamışdı, bu baxımdan, ictimaiyyət üçün gözlənilməz hesab oluna bilər. Lakin hər iki liderin bu görüşü ikitərəfli münasibətlərin inkişafı fonunda diqqət çəkir.
Prezidentlərin görüşünü şərh edən politoloq Natiq Miri Publika.az-a açıqlamasında Soçi görüşünün əsas səbəbi kimi son zamanlar Azərbaycan və Rusiyanın arasını vurmağa çalışan erməni faktorunu göstərib:
“Son zamanlar ölkələrimiz arasında Rusiya hakimiyyətində fəaliyyət göstərən ermənilər tərəfindən süni problemlər yaradılırdı. Çünki Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələdə çətinə düşən Ermənistan çıxış yolunu Rusiya və Azərbaycanın arasında problem yaratmaqda görür. Nəticə etibarilə problemin həllini ləngitmək istəyir. Ona görə də düşünürəm ki, məsələyə prezidentlər səviyyəsində müdaxilə olunmalı idi. Belə də oldu. Bu görüşün keçirilməsi gələcəkdə münasibətlərin strateji tərəfdaşlıq yönündə inkişafına təkan verdi. Təbii ki, bu hər zaman Azərbaycan və Rusiya arasında süni əngəllər yaradan erməni diasporu və Rusiya hakimiyyətindəki Lavrovbaşlı erməniləri ciddi surətdə narahat edir”.
N.Miri Soçi görüşünün Dağlıq Qarabağ probleminin həllinə təsirini isə belə xarakterizə etdi:
“Azərbaycan regionda Rusiya üçün çox önəmli bir ölkədir. Ümumiyyətlə, bir çox dünya ölkəsi üçün Azərbaycanın Cənubi Qafqazdakı strateji mövqeyi vacibdir. Bu baxımdan heç bir qlobal güc mərkəzi Azərbaycanı özündən küsdürmək istəmir. Ancaq konkret Dağlıq Qarabağ məsələsinə gələndə vəziyyət tamamilə dəyişir. Çünki 24 ildir ki, bu problem çözülmür. Lakin nəzərə alsaq ki, 24 ildir bu məsələnin moderatoru Rusiyadır və Rusiya mahiyyətcə heç bir irəliləyişə nail olmayıb, bu fakt rusların vasitəçilik mövqeyinə ciddi mənada kölgə salır. Odur ki, Rusiya artıq məsələnin həlli yönündə ciddi addımlar atmaq vaxtının gəldiyini yaxşı başa düşür və bilir ki, bu addımlar atılmazsa, vasitəsiçilik funksiyası başqa bir qlobal gücün əlinə keçə bilər. Gələcəkdə Rusiyanın problemin həlli yönündəki addımlarını görə bilərik”.
Amin
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA