“Soçi görüşü Dağlıq Qarabağ məsələsinin həllinə müsbət təsir göstərəcək” - Deputatdan AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

“Soçi görüşü Dağlıq Qarabağ məsələsinin həllinə müsbət təsir göstərəcək” - Deputatdan AÇIQLAMA

İyulun 21-də Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdü. Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivi, habelə regional və beynəlxalq məsələlər geniş müzakirə edildi.

Millət vəkili Bəxtiyar Əliyev Publika.az-a şərhində iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunun bu görüşlə bir qədər də möhkəmlənəcəyini vurğulayıb:

“Mənə elə gəlir ki, prezidentlərin görüşü bir sıra məsələlərin tezliklə həllinə təkan verəcək. Eləcə də Rusiyada Azərbaycan-Rusiya münasibətlərinin korlanmasına xidmət edən erməni lobbisinin üstündən bir xətt çəkəcək. Çünki biz bilirik ki, ermənilər tərəfindən Rusiyada Azərbaycanın əleyhinə təxribat xarakterli işlər görülürdü. Amma İlham Əliyev və Vladimr Putin arasındakı münasibətlər iki ölkə arasındakı yaxınlaşmaya bir qədər də təkan verəcək və gələcəkdə Dağlıq Qarabağ məsələsinin həllində də müsbət təsirini göstərəcək. Ümidvarıq ki, Rusiya bu problemin həllində mövcud status-kvonun qəbuledilməz olduğunu başa düşəcək və məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Azərbaycana dəstək olacaq”.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm