Azərbaycan və Ermənistan prezidentləri görüşsə... - Ermənistanda Qarabağ qorxusu
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Ermənistan prezidentləri görüşsə... - Ermənistanda Qarabağ qorxusu

“Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyevin görüşməsi dipomatik bir addım idi. Soçi görüşünün nəticəsi kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tuta bilər”, - Publika.az news.am-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Cümhuriyyət Partiyasının sədr müavini Armen Aşotyan partiyanın keçirdiyi mətbuat konfransında deyib.

Prezidentlərin görüşündən narahatlığını gizlətməyən erməni siyasətçi artıq Ermənistanın Azərbaycanın təzyiqlərinə tab gətirə bilmədiyini etiraf edib:

"Ermənistanın bu cür sıxışdığı bir durumda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ məsələsinin həllində önəmli bir addımla nəticələnə bilər".

Xatırladaq ki, Vladmir Putin və İlham Əliyevin 21 iyulda Soçidə reallaşan görüşündə, Qarabağ problemi qabardılmış və mövcud status-kvonun qəbuledilməz olduğu diqqətə çatdırılmışdı.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm