“Soçi görüşü Rusiyanın Azərbaycanı müttəfiq kimi qəbul etməsinin göstəricisidir”
Bizi izləyin

Nida Xəbər

“Soçi görüşü Rusiyanın Azərbaycanı müttəfiq kimi qəbul etməsinin göstəricisidir”

“Azərbaycan və Rusiya Federasiyası arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Soçidə dövlət başçılarının görüşü zamanı bu mövqe bir daha ifadə olundu. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri böyük əhəmiyyət kəsb edir. İki dövlət və xalqlarımız arasında münasibətlərin tarixi kökləri mövcuddur. Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələr ardıcıl olaraq inkişaf edir”, - bunu Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, deputat Sevinc Fətəliyeva Publika.az-a açıqlamasında deyib.

O bildirib ki, bir ilə yaxındır, prezidentlərin şəxsi görüşü olmamışdı və bu müddət ərzində kifayət qədər müzakirə ediləsi məsələlər var idi:

“Soçidə prezidentlərin görüşü zamanı bir sıra vacib məsələlər müzakirə olunub: regiondakı vəziyyət, regionda ikitərəfli münasibətlərin gücləndirilməsi, qlobal siyasət, təhlükəsizlik məsələləri. İfadə olundu ki, bütün bu mövzular üzrə Azərbaycan və Rusiya prezidentlərinin vaxtaşırı məsləhətləşmələrə ehtiyacı var. Prezident Vladimir Putinin dövlətimizin başçısı İlham Əliyevlə regiondaki problemlərin həlli yollarını müzakirə etməsi bir daha Azərbaycanın bölgədəki nüfuzunun göstəricisidir. Eləcə də, görüşdə ikitərəfli münasibətlərin daha da inkişafı məsələləri müzakirə olunub. Bu amil onu təsdiqləyir ki, Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir. Hesab edirem ki, dövlət başçımızın Rusiyaya səfəri və səfər zamanı prezidentlər arasında keçirilən görüş bunun bariz nümünəsidir. Azərbaycan və Rusiya xalqları arasında tarixi köklərə söykənən dostluq əlaqələri bundan sonra daha da güclənəcək. Eyni zamanda, Soçi görüşü Azərbaycanın regionda artan rolunu göstərir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bu gün regionda qedən geosiyası proseslər Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. Görüş dövlətimizin bərabərhüquqlu və etibarlı müttəfiq kimi Rusiya tərəfindən qəbul edilməsinin göstəricisidir”.

S.Fətəliyeva Soçi görüşündən sonra Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini artıracağına ümid etdiyini bildirib:

“Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri və regionun ən mühüm faktoru olan Rusiya üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli çox böyük əhəmiyyət kəsb edir. İnanıram ki, son məsləhətləşmələrdən sonra danışıqlarda mühüm rol oynayan Rusiya münaqişənin beynəlxalq hüquq çərçivəsində həllində səylərini daha da artıracaq və fəallaşdıracaq”.

Amin Nəzərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm