Nalbandyan gözlənilmədən Azərbaycana gəldi - Ermənistanda SOÇİ TƏŞVİŞİ
Bizi izləyin

Nida Xəbər

Nalbandyan gözlənilmədən Azərbaycana gəldi - Ermənistanda SOÇİ TƏŞVİŞİ

İyulun 20-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan gözlənilmədən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Publika.az
Ermənistan mediasına istinadən xəbər verir ki, Nalbandyan Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma “DQR” rejiminin “prezidenti” Boka Saakyanla görüşüb. Müzakirələr əsasən qapalı keçirilib.

Nalbandyan işğal olunmuş Kəlbəcər rayonunda “Qandzasar777” (Gəncəsər) dini mərasimində iştirak edib. Lakin bu, səfərin məqsədini gizlətmək məqsədi daşıyırdı.

Səfərin pərdəarxası

Erməni nazirin Prezident İlham Əliyevin iyulun 21-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündən bir gün öncə Azərbaycan torpaqlarına qəfil səfəri diqqət çəkir. Soçi görüşü İrəvanın arzularının əksinə olaraq, Bakı-Moskva münasibətlərinə yeni stimul verdi. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi də xüsusi önəm daşıyır.

Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, Nalbanyanın Soçi görüşündən bir gün öncə gözlənilmədən Qarabağa gəlməsi İrəvanın müəyyən qorxularının olduğunu göstərir: “Görünür, Ermənistan hakimiyyəti Soçi görüşünün keçiriləcəyi haqda məlumatlı olub və İrəvanda Qarabağla bağlı qorxular var. Nalbandyan da Qarabağa gələrək müəyyən müzakirələr aparıb”.

Nalbandyanın konkret nələri müzakirə etdiyi bəlli olmasa da hesab etmək olar ki, Qarabağ ətrafında Rusiyanın təşəbbüsü ilə keçirilən danışıqlar Ermənistanı narahat edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm