Ermənistanın hakim partiyasının deputatı: “Danışıqlarda hər şey Azərbaycana bağlıdır”
Bizi izləyin

Nida Xəbər

Ermənistanın hakim partiyasının deputatı: “Danışıqlarda hər şey Azərbaycana bağlıdır”

Ermənistanda iqtidar partiyasını təmsil edən millət vəkili Mihran Hakobyan Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistan və Azərbaycan prezidentlərinin mümkün görüşünü şərh edib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, prezidentlərin baş tuta biləcək təkbətək görüşünü dəyərləndirən Hakobyan bunları deyib:

“Müzakirə prosesi davam etdiyi dövrdə savaş istəmirik. Əslində Madrid prinsiplərinə söykənən müzakirələr real görünürdü. İndi danışıqlarda hər şey Azərbaycana bağlıdır. Prezidentlərin görüşündən çox böyük olmasa da, müəyyən nəticə gözləmək olar”.

Xatırladaq ki, iyulun 21-də Azərbaycan və Rusiya prezidentlərinin Soçidəki görüşü Ermənistan ictimaiyyətində rezonans doğurub. Görüşdən xeyli narahat olan ermənilər Soçidəki danışıqlardan sonra Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşündə Dağlıq Qarabağla bağlı tutarlı qərar qəbul oluna biləcəyindən ehtiyat edir.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm