Qarabağda müharibə bu tarixdə başlanacaq - Rusiyadan VAXT AÇIQLAMASI
Bizi izləyin

Nida Xəbər

Qarabağda müharibə bu tarixdə başlanacaq - Rusiyadan VAXT AÇIQLAMASI

“Bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki hadisə gözlənilir. Biri prezidentlərin görüşü, digəri xarici işlər nazirlərinin BMT-nin Baş Assambleyasında gözlənilən görüşü. Hesab edirəm ki, heç bir görüş münaqişənin həllinə təsir etməyəcək və yeni müharibə başlayacaq. Toqquşmalar avqustda, ya da sentyabrda ola bilər”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markedanov deyib.

Onun sözlərinə görə, Qarabağda iki kəskin toqquşma da ola bilər.

“Yəni prezidentlərin görüşündən sonra da toqquşma başlaya bilər, həmçinin, nazirlərin görüşündən sonra da. Amma kəskinləşmə olacaq. Bunu kimin başlayacağını demək çətindir. Mümkündür ki, tərəflərdən birinin əsəbləri dözməyəcək və toqquşma başlanacaq”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm