Nida Xəbər
ABŞ-ın bu addımı Ermənistanı ÇALXALADI: İrəvana iki ÖLÜMCÜL ZƏRBƏ
İrəvanda ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları və onun
Ermənistana mümkün təsirləri ciddi şəkildə müzakirə olunur. Həm
İrəvan rəhbərliyi, həm də erməni cəmiyyəti narahatlıq içindədir.
Ekspertlər əmindirlər ki, Rusiyaya qarşı sanksiyalar Ermənistana
son dərəcədə neqativ təsir edəcək. Çünki bu ölkənin iqtisadiyyatı
Rusiya iqtisadiyyatı ilə sıx bağlıdır. Misal üçün, Ermənistanın
ümumdaxili məhsulunun 17 faizi təkcə bu ölkədə fəaliyyət göstərən
rus şirkətlərinin payına düşür. Bununla yanaşı, Rusiyada yaşayan
milyonlarla erməninin Ermənistana göndərdiyi pullar da
iqtisadiyyatın ayaqda dayanmasına kömək edir. Bunun kəsilməsi isə
sosial problemlərin daha da ağırlaşmasına və ölkəyə gələn pul
kütləsinin kəskin azalmasına gətirib çıxara bilər.
Publika.az xəbər verir ki, erməni politoloq Qevorq
Melikyan Rusiyaya qarşı sanksiyaların Ermənistanı mütləq şəkildə
uçuruma sürükləyəcəyini hesab edir.
Onun sözlərinə görə, Rusiya iqtisadiyyatının zəifləməsi bu ölkədən
Ermənistana idxal edilən malların qiymətlərinin qalxması ilə
nəticələnəcək.
Erməni iqtisadçı Vilen Xaçatryan isə hesab edir ki, Rusiyaya qarşı
yeni sanksiyalar paketi bu ölkədəki erməni miqrantlar üçün ciddi
problemlər yaradacaq.
“Sanksiyalar nə vaxt tətbiq edilirsə, bundan ilk zərər görən
miqrantlar olur. Bu, iqtisadi böhranlar zamanı müşahidə olunan
dünya təcrübəsidir. Məsələ ondadır ki, Rusiyada işləyən ermənilərin
sayı kifayət qədər çoxdur. Bu baxımdan, sanksiyalardan onlar ciddi
zərər görəcək”, - deyə o bildirib.
Erməni iqtisadçıın fikrincə, Ermənistanı iki təhlükə gözləyir:
“Birincisi, Rusiyada işləyən miqrantların göndərdiyi pul kütləsi
azalacaq. İkincisi, Rusiya iqtisadi zəifləmə fonunda işçiləri
ixtisar edəcək ki, bu da ermənilərin kütləvi sürətdə ölkəyə
qayıtması deməkdir. Bizim iqtisadiyyatımız bu yükü qaldıra
bilməyəcək”.
Asif
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK