Azərbaycan və Rusiya hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Rusiya hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər

Azərbaycan və Rusiya hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Moskvada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.

“Əməkdaşlığımız hərbi sahənin bir çox istiqamətlərində inkişaf edir – hərbi-texniki, hərbi təhsil, birgə təlimlər və məşqlər sahəsində. Hesab edirəm ki, perspektivlərimiz genişdir və biz gələcəkdə bu əməkdaşlığı genişləndirmək niyyətindəyik”, - deyə Z.Həsənov bildirib.

Z.Həsənov, Rusiya və Azərbaycanın Xəzər dənizində birgə təlimlər keçirdiyini xatırladıb: “Bundan başqa, Azərbaycandan xeyli zabit və kursant Rusiyanın hərbi təhsil müəssisələrində təhsil alır. Azərbaycan ordusunun arsenalında xeyli Rusiya istehsalı olan texnika var”.

Nazir Beynəlxalq Ordu Oyunlarının təşkilini yüksək qiymətləndirərək, dörd ölkənin Hərbi-Hava Qüvvələrinin iştirak etdiyi “Xəzər Kuboku”nun Azərbaycanda keçirildiyini xatırladıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm