Nida Xəbər
Ermənistanda qiyam, Qarabağda müharibə... - MƏXFİ MƏLUMATLAR YAYILDI
Ermənistan Rusiya orbitindən çıxaraq, mərkəzdənqaçma
siyasətinə üz tutur.
Publika.az xəbər verir ki, bu ölkənin xarici işlər
nazirinin müavini Savarş Koçaryanın “Azadlıq” radiosunun erməni
xidmətinə müsahibəsində səsləndirdiyi fikirlər İrəvanın gələcək
siyasətinə dair ehtimallar irəli sürməyə imkan verir.
S.Koçaryan deyir ki, Ermənistan heç bir ölkəyə bel bağlamamalıdır:
“Biz müxtəlif dövlətlər, güc mərkəzləri və beynəlxalq təşkilatlar
arasında diversifikasiya edəcəyik”.
Təbii ki, Koçaryan birbaşa tabe olduğu nazir Edvard Nalbandyanın,
Nalbandyan isə Serj Sarkisyanın fikrini çatrırır. Yəni İrəvan
Moskvaya mesaj verir, lakin burada mesajdan daha çox yeni siyasi
oriyentasiyanın də elementləri görünür. Əslində Ermənistanın
Gürcüstanda keçirilən NATO təlimlərinə qatılması İrəvanın siyasi
oriyentasiyasını dəyişmək istəklərindən xəbər verirdi.
Hətta Ermənistan mediası açıq mətnlə yazır ki, bu ilin sonunda
Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində İrəvan siyasi
kursunu dəyişdiyini elan edəcək. Rusiyada müxtəlif ekspert
dairələrinin dedikləri də Moskvanın İrəvandakı “qiyam”dan xəbərdar
olduğunu göstərir.
Sual yaranır: Rusiya öz forpostunun ovuclarından balıq kimi sürüşüb
getməsinə icazə verəcəkmi, yaxud ruslar “erməni qiyamı”nı yatırmaq
üçün hansı addımlar atacaq?
Bu kontekstdə erməni jurnalist Tevos Arşakyanın yazdıqları diqqət
çəkir.
Erməni jurnalist məxfi mənbələrinə istinad edərək yazır ki, son
aylar ABŞ və Böyük Britaniya səfirliklərinin əməkdaşları hökumətdə
və Prezident Administrasiyasında yüksək vəzifəli erməni məmurlarla
intensiv şəkildə gizli görüşlər keçirir: “Onlar ölkə rəhbərliyini
Rusiyaya sözsüz tabe olmağın zərərlərinə inandırırlar. Təklif
edirlər ki, İrəvan Avropa İttifaqı və ABŞ-la yaxınlaşmaq qərarını
verəcəksə, Ermənistana maliyyəə-iqtisadi, siyasi dəstək veriləcək,
həmçinin, Dağlıq Qarabağ münaqişəsində kömək ediləcək. Bizim
məlumatımıza görə, Ermənistan “Şərq Tərəfdaşlığı” sammitində xarici
siyasət kursunu dəyişdiyini elan edəcək və beləliklə, Rusiya Cənubi
Qafqazda yeganə müttəfiqini itirəcək”.
Erməni jurnalist qeyd edir ki, Rusiya Ermənistanı öz orbitində
saxlamaq üçün ən müxtəlif yollara əl ata bilər.
“Hətta əminəm ki, Rusiya İrəvandakı rusiyayönümlü güclərin əli ilə
ölkədə qiyam başlayacaq, həmçinin, Dağlıq Qarabağda müharibəyə
start verəcək”, - deyə o vurğulayıb.
Asif
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO