Azərbaycanın və Rusiyanın BMT yanında daimi nümayəndələri arasında görüş keçirildi
Bizi izləyin

Nida Xəbər

Azərbaycanın və Rusiyanın BMT yanında daimi nümayəndələri arasında görüş keçirildi

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Rusiya Federasiyasının BMT yanında yeni təyin olunmuş daimi nümayəndəsi Vasili Nebenzya ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, görüşdə Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək səviyyəsindən, xüsusilə hər iki ölkə prezidentinin dostluq münasibətlərindən məmnunluq ifadə edilib və əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin və bu xüsusda BMT yanında daimi nümayəndəliklər arasında təmasların əhəmiyyətini vurğulayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm