Atasına heykəl qoyduran deputat DANIŞDI: "Sovetlər dövründə qoyulub" - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Atasına heykəl qoyduran deputat DANIŞDI: "Sovetlər dövründə qoyulub" - FOTO - (YENİLƏNDİ)

Sabirabad rayon icra başçısının birinci müavini Həsən Həsənov məsələ ilə əlaqədar Publika.az-a bildirib ki, Gülabba Xəlilovun büstü həqiqətən də, sovet dövründə qoyulub:

“Rüstəm Xəliovun atası Gülabba Xəlilov Sovet Sosialist Əməyi Qəhrəmanı idi. O, 1981-ci ilin noyabr ayında dünyasını dəyişdi. Sovet dövründə rayon kolxozuna başçılıq etdiyi üçün ölümündən sonra ona 1987-1988-ci illərdə büst qoyuldu. Büstün qoyulduğu ərazidə Nizami Gəncəvinin heykəli, 1941-1945 Vətəndaş Müharibəsinə həsr edilmiş sütun və Sabirabad rayonundan olan 16 şəhidin xatirəsinə həsr edilmiş sərlövhə var. Gülabba Xəlilovun büstünün yerləşdiyi ərazinin bu abidələrə heç bir aidiyyəti yoxdur.

Sakinlərin heykəli məcburi şəkildə ziyarət etməsi isə tamamilə yalan məlumatdır. Ümumiyyətlə, o büstü çox az sayda insan ziyarət edir”.

Müavin sovet dövründə qoyulan büstün üzərindəki yazıların latın qarfikası ilə olmasına da aydınlıq gətirdi:

“2014-cü ildə rayonda xeyli ərazidə abadlıq işləri aparıldı. Bu ərazilərdən biri də adını çəkidiyim abidələrə aid idi. Gülabba Xəlilovun büstünün ətrafında təmizlik işləri aparıldı. Ancaq heykəl restavrasiya edilmədi”.

Həsən Həsənov bildirdi ki, büst sovet dövründə qoyulsa da, yazı latın qrafikası ilə yazılmışdı.

***

Sabirabad rayonunun deputatı Rüstəm Xəlilov atasının heykəli ilə bağlı mətbuatda yayılmış xəbərlərə aydınlıq gətirib

R.Xəlilovun Publika.az-a verdiyi açıqlamasında xəbərlərin absurd olduğunu bildirib:

“Atamın büstü Sovetlər dövründə, yəni 80-ci illərin əvvəllərində qoyulub. Həmin dövrdə orada Şəhidlər Kompleksi yox idi. Heykəlin yerləşdiyi ərazinin Şəhidlər Kompleksinə heç bir aidiyyəti yoxdur.

Əhalinin heykəli ziyarət etmək məsələsi isə tamamilə absurddur. İndiki dövrdə kimi belə bir hərəkətə məcbur edə bilərik ki?”

Zümrüd

***

Sabirabad rayonundan millət vəkili seçilən Rüstəm Xəlilov atasına heykəl qoydurduğu üçün sosial şəbəkələrdə sərt tənqid olunub.

Deputat atası Gülabba Xəlilov üçün heykəli Sabirabad rayonunun Nizami kənd bələdiyyəsinin qarşısında qoydurub. Sosial şəbəkələrdə yazılanlara görə, kənd sakinləri mühim günlərdə həmin heykəli ziyarət etməyə məcbur edilir. Bundan başqa, heykəl şəhidlər lövhəsinin qarşısında qoyulub.

Qeyd edək ki, deputatın atası Xəlilov Gülabba 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı, daha sonra Lenin ordeni ilə təltif olunub. (qafqazinfo)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm