"Erməni soyqırımı” iddiaları ilə tanınan türk əsilli yazıçı SAXLANILDI
Bizi izləyin

Nida Xəbər

"Erməni soyqırımı” iddiaları ilə tanınan türk əsilli yazıçı SAXLANILDI

Almaniya vətəndaşı olan yazıçı Doğan Axanlı İspaniya polisi tərəfindən saxlanılıb.

Publika.az “RİA Novosti”yə istinadən bildirir ki, Türkiyənin sorğusu əsasında türk əsilli yazıçının saxlanması barədə “Kölner Stadt-Anzeiger” nəşrinə D.Axanlının vəkili bildirib.

Məlumata görə, yazıçı bu gün məzuniyyətdə olduğu Qranada şəhərində saxlanılıb. Polisin İnterpolun təcili saxlanılmasına dair göstərişi əsasında saxlanılıb.

Yazıçının saxlanılmasına əsas Türkiyədə ona qarşı başlanılan cinayət işi olub.

O da bildirilir ki, 60 yaşlı D.Axanlı 1992-ci ildən Almaniyada yaşayır. O, qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı əsərləri ilə tanınır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm