Macarıstanın Azərbaycandakı səfirliyi "fors-major" vəziyyətlə əlaqədar viza verilməsini dayandırıb
Bizi izləyin

Nida Xəbər

Macarıstanın Azərbaycandakı səfirliyi "fors-major" vəziyyətlə əlaqədar viza verilməsini dayandırıb

Yaranmış "fors-major" vəziyyətlə əlaqədar olaraq Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsi müvəqqəti olaraq viza qəbulunu həyata keçirə bilmir. Bu barədə mətbuata səfirlikdən məlumat verilib.

Publika.az bildirir ki, uzunmüddətli Şengen vizalar (D) üçün ərizəçilər Macarıstanın Tbilisidəki (Gürcüstan) səfirliyinə müraciət edə bilərlər: “Hazırda səfirlik yaranmış "fors-major" vəziyyətdən öncə olunan müraciətlərin baxılması ilə məşğuldur. Konsulluq ilə bağlı yaranmış vəziyyətə dair məlumatlar müntəzəm olaraq səfirliyin saytında yenilənir. Ərizəçilər konsulluq şöbəsinin fəaliyyətinin bərpasından sonra yenidən viza üçün müraciət edə bilərlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm