Nida Xəbər
"Hürriyet" Əli Həsənovun "Qardian" qəzetinə cavabından yazdı - - FOTO
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun OCCRP adlı qurumun xarici mediada yayılmış materialı ilə bağlı ölkə mediasına verdiyi açıqlama Türkiyədə çıxan "Hürriyet" qəzetində də dərc olunub.
"Hürriyet" qəzetinin yazdığına görə, Ə.Həsənov bildirib ki, “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) kimi qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurumların qərəzli iddialar və subyektiv mülahizələrdən ibarət materialları məhz bu kimi anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi əsasında hazırlanır, sonra isə dünya mediasında tirajlanır. Bunda başlıca məqsəd Azərbaycanın sağlam imicini zədələmək və onun haqqında mənfi beynəlxalq rəy formalaşdırmaqdır. Həmçinin, Azərbaycana dost münasibəti bəsləyən, ölkənin inkişafı, ictimai-siyasi həyatı, iqtisadi nailiyyətləri ilə bağlı pozitiv fikirlər bildirən tanınmış şəxslər – ictimai-siyasi xadimlər, rəsmi şəxslər, ekspertlər də hədəfə götürülür, heç bir əsas olmadan onların fəaliyyəti şübhə altına alınır.
Araşdırmalar göstərir ki, OCCRP-nin yaydığı həmin materialın
əsas müəlliflərindən biri milliyyətcə ermənidir. Həmçinin
Guradian-da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina
Negapetyants adlı erməni əsilli şəxs daxildir. Bu materialın dünya
mediasında geniş yayılmasında da erməni lobbisi, onun təsiri
altında olan anti-Azərbaycan şəbəkə və media nümayəndələri yaxından
iştirak edirlər.
Onu da qeyd etmək istərdim ki, əvvəlki dövrdə də Azərbaycana, ölkə
prezidenti və onun ailə üzvlərinə qarşı bu kimi qərəzli iddialar
irəli sürülmüş, ölkəmizlə bağlı çirkin kampaniya təşkil etmək
cəhdləri olmuş, lakin onun sifarişçiləri və icraçıları öz
məqsədlərinə çata bilməmişlər.
Bir daha bəyan edirik ki, OSSRP-nin imzası ilə dövriyyəyə buraxılmış son iddialar qərəzlidir, əsassızdır, təxribat xarakterlidir və Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil olunmuş çirkin qarayaxma kampaniyasının tərkib hissəsidir”.
Qeyd edək ki, "Hürriyet" Türkiyədə fəaliyyət göstərən və milyonlarla oxucusu olan qəzetidir. İndiki mərhələdə bu qəzetin Prezidentin köməkçisinin fikirlərini tirajlaması onun Azərbaycanın yanında yer almasını göstərir.
Onu da deyək ki, Əli Həsənovun sözgüdən açıqlaması Azərbaycan mediasında da geniş şəkildə yayılıb.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü