Ərdoğan sentyabrın sonunda Bakıya gələcək - FOTOLAR - (YENİLƏNİR)
Bizi izləyin

Nida Xəbər

Ərdoğan sentyabrın sonunda Bakıya gələcək - FOTOLAR - (YENİLƏNİR)

Türkiyə Prezidenti Rəcəb Tayyin Ərdoğan bu ayın sonuna qədər Bakıya gələcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı görüşü çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüş zamanı deyib.

Nazir qeyd edib ki, səfərin Nyu-York BMT Baş Assambleyasının iclasından (19-25 sentyabr) sonra baş tutacağı gözlənilir.

Qeyd edək ki, hazırda Elmar Məmmədyarovla Mövlud Çavuşoğlu arasında ikitərəfli görüş keçirilir.

Görüşdə siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli məsələlər müzakirə olunacaq. Regional, beynəlxalq, həmçinin Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılacağı da planlaşdırılıb.

***

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı görüşü çərçivəsində Elmar Məmmədyarovla gürcü həmkarı Mixail Canelidze arasında ikitərəfli görüş keçirilir.

Publika.az xəbər verir ki, görüşdə siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Görüş zamanı regional, beynəlxalq məsələlərin müzakirə edəcəyi də gözlənilir.

***

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı görüşü çərçivəsində Mövlud Çavuşoğlu ilə gürcü həmkarı Mixail Canelidze arasında ikitərəfli görüş keçirilir.

Publika.az xəbər verir ki, görüşdə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunur. Görüş zamanı regional, beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.

Qeyd edək ki, bu gün Bakıda baş tutan Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşündə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm