Nida Xəbər
Azərbaycanla NATO arasında əməkdaşlıq müzakirə olundu - FOTO
Sentyabrın 7-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az xəbər verir ki, qonaqları salamlayan general-polkovnik N.Sadıkov Şimali Atlantika Alyansı ilə hərbi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq, o cümlədən Silahlı Qüvvələrimizin müxtəlif proqramlar çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışıb.
General-polkovnik N.Sadıkov Azərbaycan ilə NATO arasında səmərəli və etibarlı münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyevin və dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik
N.Sadıkov Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü
və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının
vacibliyini vurğulayıb. NATO-nun ölkəmizin ərazi bütövlüyü və
suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən Baş Qərargah
rəisi Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam
edəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində NATO-nun Hərbi Komitəsinin sədri general P.Pavel
Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd
edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı
əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini,
sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlarda
göstərdikləri peşəkarlığı yüksək qiymətləndirib.
Azərbaycana səfər etməsindən məmnun olduğunu bildirən qonaq Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ikitərəfli görüşün məhz Bakıda keçirilməsi üçün göstərilən səylərə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO