“Prezident” hotelində Kremlin adamları ilə Qarabağ MÜZAKİRƏSİ: 5 rayon qaytarılsın, yoxsa... - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

“Prezident” hotelində Kremlin adamları ilə Qarabağ MÜZAKİRƏSİ: 5 rayon qaytarılsın, yoxsa... - FOTOLAR

Bu gün Moskvada “Prezident” hotelində Azərbaycan və Rusiya siyasətçilərinin iştirakı ilə “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasəti” adlı konfrans keçirilib.

Publika.az
Rusiya mediasına istinadən xəbər verir ki, konfransda “İzborski” klubun sədri, yazıçı Aleksandr Proxanov, Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri, Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqin, Azərbaycan parlamentinin deputatı Əli Hüseynli, Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov, Azərbaycan rus icmasının başçısı, Milli Məclisin deputatı Mixail Zabelin, Rusiya Dövlət Dumasının komitə sədri Leonid Kalaşnikov, Bakı Musiqi Akademiyasının rektoru Fırhad Bədəlbəyli, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov, eləcə də Rusiya və Azərbaycandan olan digər deputatlar, aparıcı ekspertlər, siyasətçilər, ictimai xadimlər, jurnalistlər və Rusiyada Azərbaycan diasporunun nümayəndələri iştirak edib.

Konfransda “Bu gün Azərbaycanın yeni obrazı” və “Moskva-Bakı oxu: strateji əməkdaşlıq” adlı iki sessiya baş tutub. Konfransın əsas mövzusu Rusiya və Azərbaycanın strateji əməkdaşlığı, Avrasiya əməkdaşlığı və Qafqazın yeni geosiyasəti olub. Həmçinin, Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib.

Gennadi Züqanov Qafqazda Azərbaycanın əhəmiyyətindən danışıb.



“Mən Heydər Əliyevi şəxsən tanıyırdım. Onun igidliyi Azərbaycanı xilas etdi. O, həmçinin, rus icması ilə görüşdə “Sizin təhlükəsizliyinin zamini şəxsəm mən olacam” deyirdi. Bu gün Azərbaycanda rus dili xüsusi qorunur və bu işdə roluna görə biz Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təşəkkür edirik”, - deyə o, vurğulayıb.

Yazıçı Aleksandr Proxanov Azərbaycanın regionda öz harmoniyasını qoruduğunu deyib və ölkəmizin tolerantlığından bəhs edib.

“Mən Azərbaycan ulduzunu hiss etdim. Azərbaycan ədalətli, firavan, güclü gələcək qurur. Bu, rusların xəyalı ilə oxşardır. Biz ruslar azərbaycanlılar kimi ədalətli gələcək arzu edirik”, - deyə o bildirib.


Aleksandr Duqin Dağlıq Qarabağ münaqişəsindən və ikitərəfli münasibətlərdən danışıb: “Qarabağ münaqişəsi Moskva-Bakı geosiyasi oxunun möhkəmlənməsinə mane olur. Rusiya bu münaqişədə sülh yaradan tərəf kimi çıxış edir, lakin hazırkı status-kvo nə bizi, nə də tərəfləri təmin edir. Ermənistan Qarabağa nəzarət edir, lakin Rusiya Azərbaycanı ərazi bütövlüyünü tanıyır. Güc variantı bu münaqişədə həll yolu deyil. Lakin biz buna yaxınlaşdıq. Azərbaycan güclənir və regionda güc balansı dəyişir. Bəli, Ermənistan Rusiyanın dostudur, tərəfdaşıdır, lakin Rusiya Azərbaycanı da dost və tərəfdaş kimi qəbul edir. İki ölkə arasında hərbi və digər sahələrdə yaxınlaşma gedir. Amma bizim Azərbaycanla dostluğumuz Ermənistana qarşı deyil. Əksinə, Rusiya ikitərəfli münasibətlərə əsaslanır. Qarabağ münaqişənin həllində irəli hərəkət etmək üçün Ermənistan işğal olunmuş 5 rayonu sözsüz Azərbaycana qaytarmalıdır”.

Duqin əlavə edib ki, İlham Əliyevin siyasəti əhəmiyyətli meyvələr verdi: “Əgər əvvəllər Rusiya-Azərbaycan münasibətləri sərin idisə, indi biz strateji tərəfdaşıq”.



Sergey Markov müasir Azərbaycanın uğurlu inkişafından danışıb.

“Rusiyalıların müasir Azərbaycanı tanıması üçün Rusiyada informasiya “şlüzləri” açılmalıdır. Azərbaycan unikal ölkədir və bu gün belə ölkələr azdır”, - deyə o bildirib.

Politoloq həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyindən, işğal edilmiş rayonların qaytarılmasından danışıb.

Fərhad Bədəlbəyli “rus mədəniyyəti “İskəndər”lərdən daha əhəmiyyətlidir” deyərək, Rusiyanı bu haqda düşünməyə çağırıb.



Mixael Zabilin isə Azərbaycan diasporu üçün ağrılı olan Ümumrusiya Azərbaycan Konqresinin bağlanması məsələni qaldırıb və rusiyalı həmkarlarının diqqətini bu məsələyə yönəldib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm