Nida Xəbər
“Ərazilərin qaytarılmasını müzakirə edirik” – İrəvandan rəsmi BƏYANAT
Ermənistan Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində "Qarabağ zonası üçün təhlükə yaratmayacaq" ərazilərin qaytarılmasını müzakirə edir.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanda "Ermənistan-Diaspora" VI Ümumerməni Forumunda deyib.
"Söhbət təhlükəsizlik baxımından nə Qarabağa, nə də münaqişə üçün təhlükə yaratmayacaq ərazilərdən gedir", - Ermənistan xarici siyasət idarəsinin başçısı bildirib.
Nalbandyan danışıqların başqa təfərrüatları barədə danışmayıb və qeyd edib ki, əks halda danışıqlar uğursuzluğa düçar ola bilər.
Ermənistanın xarici işlər naziri həmçinin bildirib ki, müharibə başlanacağı halda İrəvan Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər.
“Əgər müharibə başlanarsa və onun dərhal dayandırılması qeyri-mümkün olarsa, Ermənistan Dağlıq Qarabağ müstəqilliyini tanıyacaq. Bu, danışıqların sonu demək olacaq”, - o vurğulayıb.
Ömər
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom