Nida Xəbər
Qüdrət Həsənquliyev: “Ölkədə sabitliyin pozulmasına heç bir zəmin və təhlükə görmürəm”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq cəbhəsi” qəzetinin “Milli Şura”nın sentyabrın 23-nə təyin etdiyi mitinqlə bağlı sorğusunu cavablandırıb.
BAXCP sədri bildirib ki, demokratik cəmiyyətin ən böyük atributlarından biri həmin ölkədə müxtəlif aksiyaların, o cümlədən kütləvi etiraz aksiyalarının keçirilməsidir: “Ona görə də Milli Şuranın təyin etdiyi mitinq Azərbaycanın da, iqtidarın da maraqlarına uyğundur”.
Qüdrət Həsənquliyev qeyd edib ki, hazırda Azərbaycana Qərbin müxtəlif dairələri tərəfindən hücumlar təşkil olunur, ölkəmizi bəzən hətta “diktatura” olmaqda belə ittiham edirlər: “İddia olunur ki, Azərbaycanda guya insanlar öz fikirlərini sərbəst şəkildə yaymaq imkanına malik deyillər. Guya hakimiyyət “sonuncu azad mətbuat”ın fəaliyyətini dayandırmaq barədə düşünür və s.”
BAXCP sədrinin qənaətinə görə, Azərbaycan hökuməti çalışmalıdır ki, hansısa qüvvələr mitinqdə təxribata yol verməsinlər: “Aksiyanın təhlükəsizliyi tam təmin olunmalıdır. Şübhə etmirəm ki, bu mitinqdə ağlına və ağzına gələnləri danışan adamlar da olacaq. Bu iqtidarın yerinə olsam, onların çıxışlarını tərcümə edib bütün dünyada yayaram. Qoy görsünlər ki, “diktatura”nın olduğu ölkədə belə çıxışlar etmək mümkündür, yoxsa yox... Hesab edirəm ki, bu, iqtidara son dərəcə lazımlı olan bir mitinqdir və bu mitinqdən də narahat olmağa dəyməz. Çünki ölkədə sabitliyin pozulmasına heç bir zəmin və təhlükə görmürəm”.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO