Nida Xəbər
İŞİD-dən azad olunan ərazilərdəki yüzlərlə azərbaycanlı barədə QORXUNC MÜƏMMA - RƏSMİ
İraqda İŞİD-dən azad olunan ərazilərdə qalan
azərbaycanlıların Vətənə gətirilməsi ilə bağlı işlər
aparılır.
Bu barədə Publika.az-a açıqlamasında Azərbaycanın
İraqdakı işlər vəkili Ramiz Qafarov deyib.
Onun sözlərinə görə, İraqda qalan azərbaycanlıların sayı
yüzlərlədir: “Onların bir qismi düşərgələrdə kompakt şəkildə
yerləşib. Lakin digərləri kompakt şəkildə bir yerdə deyil. Hazırda
adları məlum olanlar valideynlərini itirmiş 2 yaşlı Xədicə və 3
yaşlı Abdulladır. Onların qaytarılması üzərində iş aparılır”.
R.Qafarov əlavə edib ki, hazırda Beynəlxalq Qırmızı Xaç Komitəsinin
nümayəndəsilə mütəmadi görüşlər aparılır.
“Biz bütün məlumatları Xarici İşlər Nazirliyinə veririk. İş
yekunlaşandan sonra ictimaiyyətə açıqlamalar veriləcək”, - deyə o
bildirib.
Səfirliyin əməkdaşlarından əldə etdiyimiz məlumata görə, bəzi
həmvətənlilərimizin ölkəyə qayıtmaması ehtimalı mümkündür. Bu
məsələ dövlət səviyyəsində həll olunacaq.
Məlumata görə, ölkəyə qayıtmaq istəməyən vətəndaşlar BQXK-nin
vasitəsilə üçüncü ölkəyə göndəriləcək
Lakin R.Qafarov bu məsələ haqda sualı cavablandırmayıb və bütün
suallara XİN-in cavab verəcəyini deyib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!