TDƏŞ xarici işlər nazirlərinin iclası keçirilib
Bizi izləyin

Nida Xəbər

TDƏŞ xarici işlər nazirlərinin iclası keçirilib

BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclası keçirilib.

Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Ramil Həsənov təşkilatın gündəliyində duran cari məsələlər haqqında məlumat verib.

İclasda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın və dayanıqlı siyasi dialoqun gücləndirilməsində TDƏŞ-in oynadığı xüsusi rolunu qeyd edib.

Görüşdə TDƏŞ-in yüksək səviyyəli görüşlərinin keçirilməsi, müvafiq sənədlərin ratifikasiyası, TDƏŞ-in BMT Baş Assambleyasında Müşahidəçi statusu və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı, təşkilat çərçivəsində sahəvi əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

E.Məmmədyarov eyni zamanda Türk Şurası və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Ankarada beynəlxalq konfransın təşkil edilməsinə görə TDƏŞ-in katibliyinə təşəkkür edib və sözügedən tədbirdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun məzmunlu çıxışını yüksək qiymətləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm