“AAAF Park”la bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

“AAAF Park”la bağlı RƏSMİ AÇIQLAMA

“AAAF Park” ərazisində yerləşən ticarət obyektlərinə prokurorluq tərəfindən həbs qoyulması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu sözləri Publika.az-a açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

“Bəzi kütləvi informasiya vasitələrində “AAAF Park” müəssisəsində prokurorluq əməkdaşları tərəfindən guya araşdırmalar aparılması ilə bağlı informasiyalar həqiqəti əks etdirmir. Bu məlumat tərəfimizindən qəti şəkildə təkzib olunur”, - deyə E.Sultanov bildirib.

Ticarət obyektinin sahibi Tofiq Heydərovun həbs edilməsi xəbərinə gəldikdə, E.Sultanov bildirib ki, əgər araşdırma aparılmırsa, digər məsələlərdən söhbət gedə bilməz.

Qeyd edək ki, mətbuatda “AAAF Park” ərazisindəki obyektlərə Prokurorluq tərəfindən həbs qoyulması, obyektin sahibi T.Heydərovun isə həbs edilməsi barədə məlumat yayılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm