Nalbandyan “əraziləri qaytarırıq” açıqlamasından İMTİNA ETDİ: "Mən..."
Bizi izləyin

Nida Xəbər

Nalbandyan “əraziləri qaytarırıq” açıqlamasından İMTİNA ETDİ: "Mən..."

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bir neçə gün öncə açıqladığı “Qarabağ ətrafı ərazilər Azərbaycana qaytarılır” sözlərindən imtina edib.

Publika.az
xəbər verir ki, “Amerikanın səsi” rediostansiyasına danışan Nalbandyan fikirlərinin kontekstdən çıxarıldığını iddia edib.

“Mən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin bəyanatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məşhur 3 prinsip və 6 elementə toxunmuşam”, - deyə o bildirib.

Erməni nazir Qarabağın status məsələsini hər şeydən öncə tələb etdiklərini açıqlayıb.

Qeyd edək ki, Nalbanyanın səsləndirdiyi fikirlər Ermənistanda ciddi rezonansa səbəb olmuşdu.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm