5 yaşlı Medianews.az
Bizi izləyin

Nida Xəbər

5 yaşlı Medianews.az

Bu gün Medianews.az saytının 5 yaşı tamam olur.

5 il öncə qızıl payızın ilk günündə ilk xəbərini oxucuya çatdıran, media aləminə qədəm qoyan Medianews.az saytı hər zaman doğru, dolğun, dəqiq və operativ şəkildə paylaşdığı informasiya ilə öz izləyici kütləsini qazanıb.

Medianews.az saytı 2012-ci ilin sentyabr ayının 23-də fəaliyyətə başlayıb.

Sosial, ictimai, mədəni, siyasi, iqtisadi Azərbaycanda və dünyada baş verən bütün yenilikləri oxuculara çatdıran sayt, sosial məsələlərin işıqlandırılmasına da daim həssaslıqla yanaşıb.

Bu ötən 5 il ərzində oxuculara hər zaman aktual məsələlərə dair xəbərləri çatdırmağa çalışan Medianews.az hər zaman “sarı mətbuat”dan uzaq duraraq, peşə prinsiplərinə sadiq qalaraq, oxucu kütləsini daha da artırdı.

Gündəlik 18-20 min ziyarətçisi olan saytda ölkənin tanınmış yazarlarının məqalələri dərc edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm