Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdü

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferlə (ABŞ) görüşüb.

Publika.az news.am saytına istinadən xəbər verir ki, bu haqda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan özünün Tvitter səhifəsində yazıb.

Görüşdə ATƏT-inin fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Qeyd edək ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin başçısı Elmar Məmmədyarovla Nalbandyanın görüşü gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm