Elmar Məmmədyarov Bruno Leingkone ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov Bruno Leingkone ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov Vanuatunun Xarici Əlaqələr, Beynəlxalq Əməkdaşlıq və Xarici Ticarət naziri Bruno Leingkone ilə görüşüb.

Publika.az-a nazirlikdən verilən məlumata görə, görüş BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində keçib.

Görüş zamanı Azərbaycan və Vanuatu arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalanıb. Bruno Leingkone Azərbaycanın Vanuatu ilə sözügedən kommünikeni imzalayan 104-cü ölkə olduğunu qeyd edib.

Daha sonra iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və seçkili orqanlarda qarşılıqlı dəstək məsələlərinə toxunulub.

Görüşdə tərəflər arasında BMT Baş Məclisinin 72-ci sessiyasının gündəliyində duran aktual məsələlər müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm