Toqquşma başlayır, qonşularımız döyüşə girir - Türkiyəli politoloq MÜHARİBƏ PLANINI AÇDI
Bizi izləyin

Nida Xəbər

Toqquşma başlayır, qonşularımız döyüşə girir - Türkiyəli politoloq MÜHARİBƏ PLANINI AÇDI

“Türkiyə, İran, İraq və Suriyaya birinci dərəcədə təsir edən Şimali İraq Kürd Muxtariyyətinin “müstəqillik referendumu” bölgədə yeni prosesləri sürətləndirəcək”.

Bu barədə Publika.az-a açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay deyib.

Qısa zamanda müharibə başlayacaq

Onun sözlərinə görə, Türkiyə bu referendumu yox kimi dəyərləndirir: “İran isə daha sakit davranmağa çalışsa da, referendumun nəticəsindən ən çox təsir görəcək ölkə olaraq olduqca narahatdır. Mərkəzi İraq hökuməti üçün bu referendum torpaqlarının itirilməsidir, buna görə də qısa zamanda Bərzani ilə mərkəzi hökumət arasında beynəlxalq səviyyəli böyük bir böhran, hətta müharibə çıxacaq. İran Bərzaninin bu addımının arxasında İsrailin olduğu şübhəsilə yaşayacaq və İsrailin sərhədlərinin dibinə qədər gəldiyi qorxusu ilə daha da narahat olacaq. İran səssiz qalaraq, Türkiyəni hərəkətə keçirməyi planlaşdırır. Bu referendum və ardından gələcək müstəqillik hərəkatı daxili müharibə ilə boğuşan Suriyaya da təsir edəcək. Türkiyə, İran, Suriya və mərkəzi İraq hökumətinin Bərzaniyə qarşı ittifaq quracağı görünür. Ətrafı 4 dövlətlə çevrələnən və hava sahəsi bağlanan Bərzaninin uzun müddət duruş gətirməsi çətin görünür”.

Türkiyə Ərbilə müdaxilə edəcəkmi?

H.Oktay qeyd edib ki, Türkiyə bölgədəki silahlı toqquşmanın tərəfi olmaqdan daha çox, baş verə biləcək toqquşmaların nəticəsində yaranacaq köç hərəkətinə hazır olmalıdır.

“Mərkəzi İraq hökumətindən başqa, nə İranın, nə də Türkiyənin beynəlxalq hüquq baxımından Şimali İraqa hərbi müdaxilə etmə şansı güclü deyil. Buna görə də Türkiyə İraq hökuməti ilə razılaşma əldə edərək, lojistik dəstək verə və İraq ordusunun şimala doğru hərəkətinə dəstək ola bilər. Təbii ki, bu qərarı İraq hökuməti verə bilər. Türkiyə ikitərəfli müqavilələrlə İraq hökuməti ilə hər cür əməkdaşlığa hazırdır. Həmçinin, bu davranış beynəlxalq hüquqa və konvensiyalara da uyğundur”, - deyə o bildirib.

Müharibənin itirəni Şimali İraq xalqı olacaq

Türkiyəli politoloq hesab edir ki, bu prosesdə məğlub olan Şimali İraq xalqı olacaq: “Bərzani kənardan aldığı dəstəklə atdığı bu addıma veriləcək reaksiyalara hazır olmalıdır. Ətrafı tamamilə mühasirəyə alınıb. Quru, hava, dəniz çıxışı olmayan bir coğrafiyada Amerika, yaxud İsrailin dəstəyi ilə ayaqda dura bilməyəcəyini də anlamalıdır. İraq hökumətinin istəyi, İran və Türkiyənin məlumatı olmadan belə addım atan Bərzaninin ayaqda qalmaq şansı yoxdur, buna görə də o, xalqını müharibədən qurtarmalıdır. Bu müharibənin itirəni Şimali İraq xalqı olacaq. Türkiyə hər zaman müharibəyə məruz qalmış məzlumların yanındadır və İraq hökuməti şimala doğru hərbi müdaxiləyə başlayarsa, Türkiyə sərhədlərini açaraq, Şimali İraq xalqını bağrına basacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm