Lütfi Zadə ilə vida mərasiminin vaxtı və yeri DƏQİQLƏŞDİ - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Lütfi Zadə ilə vida mərasiminin vaxtı və yeri DƏQİQLƏŞDİ - (YENİLƏNDİ)

Dünya şöhrətli alim Lütfi Zadə ilə vida mərasiminin yeri və vaxtı məlum olub.

Bu barədə APA-ya Lütfi Zadənin yaxın qohumu, xalq artisti, rejissor Cənnət Səlimova məlumat verib.

Onun sözlərinə görə, alimin cənazəsi Bakıya sentyabrın 29-da səhər saatlarında gətiriləcək:

“Bakı-Nyu-York reysini yerinə yetirən təyyarə sentyabrın 29-da səhər saat 6-da Bakıya çatacaq. Lütfi Zadənin cənazəsi aeroportdan birbaşa Heydər Məscidinə aparılacaq. Daha sonra saat 12:00-da Milli Elmlər Akademiyasında vida mərasimi başlayacaq. Lütfi Zadə I Fəxri Xiyabanda dəfn olunacaq”.

Cənnət Səlimova əlavə edib ki, alimin oğlu Norman Zadə dəfn mərasimində iştirak etməyəcək.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli də APA-ya bildirib ki, Lütfi Zadə ilə vida mərasimi sentyabrın 29-da saat 12:00-dan 14:00-dək Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək.

Onun sözlərinə görə, dəfn mərasimində AMEA-nın bütün heyəti, rəsmi şəxslərin iştirakı gözlənilir.

Vida mərasimdən sonra mərhum I Fəxri xiyabanda dəfn ediləcək.

***

Lütfi Zadə ilə vida mərasimi sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək.

Bu barədə Publika.az-a AMEA Rəyasət Heyətinin aparatıİctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, görkəmli alim Lütfi Zadənin nəşi sentyabrın 29-da günorta saatlarında Azərbaycana gətiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm