Nida Xəbər
Ermənistan uzaqvuran raketləri hazır vəziyyətə gətirir - Müharibəyə HAZIRLIQ?
Danışıqlar masasında sıxışdırılan Ermənistan sülhü
pozmaq üçün yeni təxribat hücumu edə bilər.
Publika.az xəbər verir ki, bu təhlükə Ermənistanın
“lragir” saytında yayımlanan məqalədə açıq şəkildə öz əksini
tapır.
Saytın siyasi şərhçisi Aykazn Qaqriyan məqaləsində yazır ki,
“Ermənistan uzaqvuran raketləri hazır vəziyyətə gətirir”. Söhbət
erməni hərbi birləşmələrinin keçirdiyi sonuncu hərbi təlimdə
“Smerç” (Qasırğa) raketlərinin atəş açmasından gedir.
Məlumata görə, təlimdə “Smerç” raketləri qiyabi hədəfə atəş
açıb.
Qaqriyan etiraf edir ki, Ermənistan danışıqlarda irəli sürdüyü
ilkin şərtlərdən geri çəkilir. Bu şərtlər təmas xəttində atəşkəsə
nəzarət mexanizmlərinin yerləşdirilməsi və Qarabağın statusunun
əsas prioritet olmasıdır.
Ermənistan XİN rəhbərinin ərazilərin qaytarılması ilə bağlı
açıqlaması da danışıqlar masasında İrəvanın sıxışdırıldığını və
ilkin şərtlərindən əl çəkdiyini göstərir. Lakin bütün bunlar
danışıqların yalnız görünən tərəfidir.
Qaqriyan isə yazır ki, vəziyyət çətinləşib, lakin təkcə Qarabağ
ətrafında yox, daha geniş kontekstdə.
“Ermənistan döyüşə hazırlaşır və uzaqvuran silahları hazır
vəziyyətə gətirir”, - deyə erməni müəllif qeyd edib.
Asif
-
Hadisə16:55
Bakıda bazar yanır
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı