Robert Sekuta: "Lütfi Zadə ABŞ-da elmin inkişafına böyük töhfələr verib"
Bizi izləyin

Nida Xəbər

Robert Sekuta: "Lütfi Zadə ABŞ-da elmin inkişafına böyük töhfələr verib"

"Lütfi Zadə Amerika Birləşmiş Ştatlarında elmin inkişafına böyük töhfələr verib".

Publika.az xəbər verir ki, bunu mərhumla vida mərasimində iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Lütfi Zadə kimi şəxsiyyətlər ABŞ və Azərbaycan arasındakı əlaqələrin bağlılığını göstərir: "Hesab edirəm ki, bu mərasim, onun Azərbaycana gətirilməsi böyük alimin və onun elmi inkişafına verdiyi töhfələri xatırlamaq üçün çox böyük fürsətdir. Bəzən riyaziyyat elmi bizim üçün bir qədər abstrakt və mücərrəd görünür və riyaziyyat elminin həmin uğurları bizim müasir həyatımızda bir çox nailiyyətlərin əmələ gəlməsinə, meydana çıxmasına rəvac verir. Azərbaycanlılar haqlı olaraq bu görkəmli şəxsiyyətlə fəxr edirlər".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm