Nida Xəbər
PA rəsmisi: “AŞPA-da oturanlar özlərini inkvizisiya məhkəməsinin üzvləri kimi aparır”
“Uzun müddətdir ki, AŞPA bir qurum kimi Azərbaycana
münasibətdə haqsızlığı və qəddarlığı ilə təəccüb və təəssüf
doğurur”.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan
Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident
Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz
Məmmədov rəsmi “Twitter” səhifəsində yazıb.
N.Məmmədov AŞPA-nın hansısa dairələrin maraqlarına xidmət etdiyi
təəssüratının yarandığını qeyd edib.
“Belə təəssürat yaranır ki, AŞPA Avropanın maraqlarına yox, hansısa
şəxslərin və dairələrin maraqlarına xidmət nümayiş etdirmək üçün
çalışır. AŞPA-da oturanların bəziləri özlərini az qalsın
inkvizisiya məhkəməsinin üzvləri kimi aparır və vəzifələrini cəza
müəyyən etməkdə görürlər. Məgər AŞPA-da belə siyasətin Avropanı
hara gətirib çıxardığını görmürlər? Əgər AŞPA hesab edirsə ki, onun
əsas missiyası tərəfdarlarına cəza müəyyən etməkdir, özünün heç bir
öhdəliyi yoxdur, onda bu qurum kimə və nəyə lazımdır”, - deyə
Prezidentin köməkçisi vurğulayıb.
Asif
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK