İlham Əliyev, Putin və Ruhaninin Tehran görüşünün vaxtı məlum oldu - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

İlham Əliyev, Putin və Ruhaninin Tehran görüşünün vaxtı məlum oldu - (YENİLƏNDİ)

Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaniarasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi APA-ya bildirib ki, görüş bu il noyabrın 1-də Tehranda baş tutacaq.

M. Nəcəfi bildirib ki, görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək.

Prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur.

***

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında görüş bu ilin sonuna kimi Tehranda keçiriləcək.

Publika.az
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yurioy Uşakov deyib.

Onun sözlərinə görə, hazırda Rusiya prezidentinin İrana səfəri üzərində iş aparılır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm