Rusiyalı general İrəvanda Azərbaycanla bağlı erməniləri NECƏ MƏYUS ETDİ?
Bizi izləyin

Nida Xəbər

Rusiyalı general İrəvanda Azərbaycanla bağlı erməniləri NECƏ MƏYUS ETDİ?

“Azərbaycan və Ermənistan arasında güc balansının saxlanılması vacibdir”.

Publika.az
xəbər verir ki, bu barədə İrəvanda səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qərargah rəisi, general-polkovnik Anatoli Sidorov deyib.

Onun sözlərinə görə, bu balans gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına imkan verəcək.

Sidorov bildirib ki, KTMT-yə üzv olan ölkələr başqa ölkələrlə hərbi əməkdaşlığı inkişaf etdirirlər, o cümlədən, Ermənistanın əsas rəqibi Azərbaycanla.

“Bu ölkələrin liderləri vəziyyətin ciddiliyini dərinliyilə anlayır. Söhbət xüsusilə Bakının ən böyük hərbi-texniki tərəfdaşı olan Rusiya və Belarusdan gedir. KTMT-nin bəzi ölkələrinin Azərbaycanla niyə hərbi əməkdaşlıq etdiyinə dair suala birmənalı cavabım yoxdur. Lakin ümid edirəm ki, münaqişə tərəfləri, həmçinin, beynəlxalq vasitəçilər Dağlıq Qarabağ məsələsində sülhə nail olacaqlar. Mən hərbiçiyəm, lakin əminəm ki, münaqişənin həlli yalnız sülh yolu ilə mümkündür”, - deyə o bildirib.

Rusiyalı general daha sonra erməniləri məyus edib. Belə ki, Sidorov Rusiyanın Azərbaycana silah satması haqda suala rus atalar sözü olan “müqəddəs yer boş qalmır” sözləri ilə cavab verib: “Əgər Bakının silah almaq arzusu və pulu varsa, silah satanlar həmişə tapılacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm