Nida Xəbər
Zakir Həsənov Sarkisyanın köməkçisinə YERİNİ GÖSTƏRDİ - Düşənbədə tarixə düşəcək ADDIM - - FOTOFAKT
Bu gün Düşənbədə keçirilən MDB ölkələrinin Müdafiə
Nazirləri Şurasının iclasında Azərbaycan müdafiə naziri Zakir
Həsənovun diqqətçəkən addımı erməniləri qıcıqlandırıb.
Publika.az xəbər verir ki, müdafiə nazirləri protokol
fotosu çəkdirərkən, Z.Həsənov iclasda Ermənistanı təmsil edən bu
ölkənin müdafiə nazirinin birinci müavini Artak Zakuryandan bir
qədər kənarda dayanıb.
Azərbaycan nazirinin bu addımı ilk növbədə işğalçı ilə çiyin-çiyinə
dayanmaq istəməməsindən irəli gəlir və bununla işğalçıya öz yerini
göstərir. Eyni zamanda, müdafiə nazirinin bu hərəkəti həm də dövlət
bayrağımıza etimaddır. Belə ki, nazir bu addımı ilə Azərbaycan
bayrağının fotoda tam görünməsini təmin edir.
Ermənistan mediası isə Z.Həsənovun bayrağımıza göstərdiyi etimaddan
və erməni məmurla çiyin-çiyinə dayanmaq istəməməsindən
qıcıqlanıb.
“Azərbaycanın müdafiə nazirləri həmişə Ermənistan nümayəndələri ilə
yan-yana dayanmaqdan imtina edir. Bu protokola ziddir”, - deyə
ermənilər şikayətlənib.
Qeyd edək ki, bundan əvvəl Moskvada keçirilən Müdafiə Nazirləri
Şurasının iclasında da Z.Həsənov Ermənistan müdafiə naziri Viqen
Sarkisyanla yan-yana dayanmaqdan imtina edib, həmçinin, bu addımı
ilə Azərbaycan bayrağının tam şəkildə görünməsinə şərait
yaradıb.
Asif
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama