FHN-nin Həmkarlar İttifaqı hesabat verdi - - FOTO
Bizi izləyin

Nida Xəbər

FHN-nin Həmkarlar İttifaqı hesabat verdi - - FOTO

Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, konfransda fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə iştirak edib.

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək rəhbərlik etdiyi ittifaqın 2014-2017-ci illər ərzində gördüyü işlər haqqında ətraflı məlumat verib.

FHN Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Nəcibə Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın 2014-2017-ci illər ərzində gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, komitə fəaliyyətini Azərbaycan prezidentinin fərman və sərəncamları, FHN işçilərinin Həmkarlar İttifaqının qərar, göstəriş və tövsiyələrinin üzvlər arasında təbliğ edilməsi əsasında qurub, tarixi və əlamətdar günlərin, ictimai-siyasi bayramların, milli adət-ənənələrimizin təbliğinə həsr olunmuş tədbirlər keçirib. Komitə üzvü olan işçilərin doğum günləri qeyd edilib, sosial vəziyyətləri aşağı olan işçilərə maddi və mənəvi köməklik göstərilib, işçilərin sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində mühüm addımlar atılıb.

Komitə sədrinin hesabatı konfrans iştirakçıları tərəfindən qənaətbəxş hesab olunub.

Konfransın sonunda Nəcibə Əfəndiyeva yenidən FHN Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm